Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / Ermənilərin Polşada təxribat törətmək cəhdi alınmadı

Ermənilərin Polşada təxribat törətmək cəhdi alınmadı

Polşada erməni təxribatının qarşısı alınıb. 

Azərbaycan Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Polşanın Poznan şəhərində “Little Armenia” adlı restoranın girişində quraşdırılmış lövhədə Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan təsvir verilib. 

Bildirilib ki, sözügedən təsvirdə Ermənistanın xəritəsi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə birgə göstərilirdi: “Sözügedən qəbuledilməz təsvirin “Little Armenia” adlı restoranının üzərindəki lövhədən yığışdırlması istiqamətində Azərbaycanın Polşadakı səfirliyi dərhal təxirəsalınmaz fəaliyyətə başlayıb. Bununla əlaqədar Polşa Respublikasının müvafiq qurumlarına etiraz məktubları göndərilmiş və müvafiq görüşlər keçirilib. Səfirlik tərəfindən görülmüş tədbirlər nəticəsində yuxarıda qeyd edilən təsvir restoranın üzərindən götürülüb”.

“Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan, eləcə də Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərimizdə həyata keçirilən bütün qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərimizin diqqət mərkəzindədir”, – deyə XİN-dən vurğulanıb.

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …