Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / Ermənilərin növbəti təxribatı baş tutmadı: bu dəfə Rusiya səfirliyi icazə vermədi

Ermənilərin növbəti təxribatı baş tutmadı: bu dəfə Rusiya səfirliyi icazə vermədi

Rusiyanın Yerevandakı səfirliyi Ermənistanda iki rus sərhədçisinin öldürülməsi xəbərini təkzib edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı səfirlik Facebook-dakı səhifəsində paylaşıb.

“Kütləvi informasiya vasitələrinin iki rus sərhədçinin həlak olması barədə bir neçə mənbədə eyni zamanda peyda olmuş “məlumatları” şərh etmək xahişinə görə açıqlama veririk. Bu, həqiqətə uyğun deyil”, – bəyanatda deyilir. 

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Ermənistanda xidmət aparan iki rus sərhədçisinin guya Azərbaycan Ordusu tərəfindən öldürülməsi barədə dezinformasiya yayılmışdı.

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …