Cümə , Oktyabr 7 2022
Ana səhifə / Dünya / Ermənilərin Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında aksiyası baş tutmayıb

Ermənilərin Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında aksiyası baş tutmayıb

ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri sentyabrın 15-də Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya keçirib.Aksiya iştirakçıları Azərbaycanın dövlət himni, hərbi marşlar və vətənpərvərlik mövzusunda musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə “Qarabağ Azərbaycandır!” şüarları əks olunmuş plakatlarla qarşılaşıblar.

Səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı da ermənilərin planlarını pozub. Belə ki, onların səsləndirdikləri əsassız şüarlar həyəcan siqnalının səsindən ətrafda eşidilməyib.

Ermənilər məqsədlərinə nail olmadan ərazidən uzaqlaşıblar.

Aksiya zamanı səfirliyin ərazisinə müdaxilə olmayıb.

Həmçinin oxuyun

Putin Kadırova general-polkovnik rütbəsi verdi

Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib. Bu barədə Çeçenistan rəhbəri öz Telegram kanalında bildirib. …