Cümə , Fevral 23 2024
Ana səhifə / Dünya / Erməni miqrantlar Fransada aksiya keçirən fermeri öldürdülər

Erməni miqrantlar Fransada aksiya keçirən fermeri öldürdülər

Fransada etiraz aksiyası keçirən fermerləri vuran avtomobildə Ermənistandan gəlmiş qeyri-qanuni miqrantlar olub. İnsident nəticəsində bir nəfər ölüb.

TASS-ın yaydığı məlumata görə, qəza törətmiş avtomobildə Ermənistandan olan üç nəfər olub və onlar hadisə yerində saxlanılıblar. Həmin şəxslər 2022-ci ildən qaçqın statusu tələb edirlər, lakin 2023-cü ilin payızında nəhayət ki, rədd cavabı və ölkəni tərk etmək əmri alıblar.

Lakin onlar bu göstərişi yerinə yetirməyiblər.

Hadisə nəticəsində iki qeyri-qanuni mühacir xəstəxanaya yerləşdirilib. Hazırda polis ermənilərin etiraz aksiyası keçirən fermerləri qəsdən vurub-vurmadığını müəyyənləşdirir.

Qeyd edək ki, Fransanın cənubundakı Aryej departamentində N20 şossesində fermerlərin etiraz aksiyası zamanı avtomobil üç nəfəri vurub. Hər üç şəxsin eyni ailənin üzvü olduğu üzə çıxıb. 32 yaşlı qadın yerindəcə keçinib, həyat yoldaşı və 14 yaşlı qızı isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Həmçinin oxuyun

Rusiyanın Qərbdəki aktivləri nəyə xərclənəcək?

Hüquq sahəsi üzrə 10 ekspert G7 ölkələri üçün hazırladıqları arayışda Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinin beynəlxalq …