Şənbə , İyul 24 2021
Ana səhifə / Dünya / Erməni millət vəkili seçki məntəqəsində dava saldı- Video

Erməni millət vəkili seçki məntəqəsində dava saldı- Video

“Vətəndaş müqaviləsi” partiyasının üzvü Rüstəm Bakoyan seçki məntəqəsində dava salıb.

Bu barədə mənbələrə istinadən “Mediaport” Telegram kanalı məlumat yayıb.”Hökumətyönlü qruplar hal-hazırda seçki məntəqələrində gəzir. Onlar müxalifət nümayəndələrini qarşıdurmalara təhrik edir ki, polis həmin şəxsləri sürətlə məntəqədən
uzaqlaşdırsın”,-deyə Telegram kanalı yazır.

Qeyd edək ki, bu gün Ermənistanda erkən parlament seçkiləri keçirilir. Seçkidə iştirak etmək üçün 25 siyasi qüvvə – 21 partiya və 4 blok qeydiyyatdan keçib. Azvision.az

Həmçinin oxuyun

ABŞ Əfqanıstandakı qoşunlarının 95 faizini çıxarıb – Pentaqon

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesi demək olar ki, tamamlanıb və Kabildəki xaricindəki hərbi bazalar tərəfdaşlara …