Cümə , Noyabr 27 2020
Ana səhifə / Dünya / Erməni əsgər anası: “Əgər Sarkisyan xidmət etmiş olsaydı, səngərin nə olduğunu bilərdi”

Erməni əsgər anası: “Əgər Sarkisyan xidmət etmiş olsaydı, səngərin nə olduğunu bilərdi”

“Ermənistan Baş prokuroru Artur Davtyan 7 il əvvəl sülh şəraitində orduda ölən erməni hərbi qulluqçusu Artur Qazaryanın ölüm işinin araşdırılacağına söz versə də, artıq 1 il keçib, lakin heç bir iş görməyib”.

Bu barədə ölən erməni əsgərinin anası İrina Qazaryan erməni mətbuatına verdiyi müsahibəsində bildirib.

O, bildirib ki, oğlu Artur Qazaryan 2010-cu il dekabrın17-də başında şiş əmələ gəlməsi ilə əlaqədar İrəvan hospitalına gətirilib. Lakin sonradan məlum olub ki, o, küt alətlə zərbə alıb. Bu barədə hətta həkim rəyi də mövcuddur.

Məlumata görə, baş verən hadisə ilə əlaqədar, çəkilmiş fotoşəkillərlə Qazaryan baş prokuror Artak Davtyanın qəbulunda olub. Onu qəbul edən baş prokuror faktlarla tanış olub və işə yenidən baxılacağına söz verib. Lakin Davtyan heç bir iş görməyib, sadəcə qəbul naminə erməni əsgər anasını yola salıb.

Daha sonra Ermənistan müdafiə naziri Vigen Sarkisyanla da görüşən İrina Qazaryan oğlunun qatillərini tapıb cəzalandırmağı xahiş edib. Vigen Sarkisyan isə bu sahədə səlahiyyəti olmadığını bildirib.

“Viqen Sarkisyan dedi ki, onun səlahiyyəti yoxdur, bilmir. Məndə dedim ki, cənab nazir əgər siz xidmət etmiş olsaydınız, səngərin, qazmanın, ön xətt mövqenin, postun nə olduğunu bilərdiniz. Heç olmasa ordu həyatından az da olsa məlumatınız olsaydı, o zaman bizim ordunun vəziyyəti belə olmazdı. O zarafata salaraq, köpüklənib, ondan üzr istəməli olduğumu dedi. Mən isə ona dedim ki, siz gəlib hökümət binası qarşısındakı övladları öldürülmüş valideynlərdən üzr istəməlisiniz. Bundan sonra qapını çırpıb çıxdım”, – deyə İrina Qazaryan əlavə edib.

3 ay əvvəl Serj Sarkisyana da müraciət edən Qazaryan heç bir cavab almadığını bildirib. O, qeyd edib ki, ömrünün sonuna qədər övladının ölüm səbəblərini aydınlaşdırana qədər mübarizə aparacaq.

Xatırladaq ki, cinayət işinə görə müddətli xidmət hərbi qulluqçusu Artur Qazaryan 2010-cu il dekabrın 15-də özünü pis hiss edib və 36 saatdan sonra huşunu itirərək, hospitala təxliyyə edilib. Dekabrın 17-də cərrahiyyə əməliyyatı edilsə də, dekabrın 21-də ölüb. Ölüm işində cinayət tərkibi olmadığı əsas gətirilərək, işin istintaqına xitam verilib. (Ordu.az)

Həmçinin oxuyun

Yeni nazir yüz faiz Rusiyanın adamıdır: Bakıda təhsil alıb

Ermənistan hökumətində çoxsaylı istefalar fonunda müdafiə naziri David Tonoyanın istefası və Vaqarşak Arutyunyanın bu vəzifəyə …