"AKP olaraq üzvlərimizin sayını son dövrdə 664 min 568 artırdıq, ümumilikdə 11 milyon 543 min 301 nəfərə çatdıq".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial hesabında yazıb.
"AKP-nin xalqın partiyası olduğunun bir təzahürü olan, xalqımızla qurduğumuz güclü bağı əks etdirən bu mühüm uğura imza atan təşkilatımızı ürəkdən təbrik edirəm", - Ərdoğan bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyasının qapısı ölkəsinə, xalqına faydalı olmaq istəyən hər kəsə açıqdır.