Şənbə , Fevral 24 2024
Ana səhifə / Dünya / Ərdoğan: “2023-cü ildəki ixracatımız rekord həddə çatıb”

Ərdoğan: “2023-cü ildəki ixracatımız rekord həddə çatıb”

Türkiyənin 2023-cü ildə ixrac rəqəmləri rekord həddə çataraq 255,8 milyard dollar təşkil edib. 

Bizim.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə İxracatçılar Birliyində keçirilən toplantıda bildirib. 

“İlin sonunda ixracatımız 0,6% artaraq 255,809 milyon dollara yüksəlib və Cümhuriyyət tariximizin rekordunu qırıb”, – deyə Ərdoğan bildirib. 

Onun sözlərinə görə, ixracın artımı baxımından Türkiyə ortamüddətli iqtisadi inkişaf proqramında qarşıya qoyulan hədəfləri üstələyib. 

Eyni zamanda Türkiyə lideri əlavə edib ki, ölkəsi ötən ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinə görə təxminən 6 milyard dollar itirib. Ümumi zərər isə 104 milyard dollar təşkil edib. 

Həmçinin oxuyun

Zelenski: “Putin müharibədə məğlub olmayana qədər heç vaxt dayanmayacaq”

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya prezidenti Vladimir Putin müharibəni uduzmasa və Ukraynanı …