Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Entoni Hopkins ən yaxşı kişi roluna görə “Oskar”a layiq görüldü

Entoni Hopkins ən yaxşı kişi roluna görə “Oskar”a layiq görüldü

Məşhur Britaniya aktyoru Entoni Hopkins “Oskar” mükafatının ən yaşlı sahibi olub.

O, rejissor Florian Zellerin “Ata” (“The Father”, 2020) dram filmindəki roluna görə “Ən yaxşı kişi rolu” kateqoriyası üzrə mükafata layiq görülüb.

Los-Ancelesdə ABŞ kino akademiyasının mükafatının verilməsi mərasiminin translyasiyasını ABC telekanalı aparıb.

Qeyd edək ki, bu, aktyorun həmin filmə görə ikinci mükafatıdır. Aprelin 11-də Entoni Hopkins “Ata” filmindəki roluna görə “Ən yaxşı kişi rolu” nominasiyası üzrə Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) mükafatına layiq görülüb.

“Oskar”a bu kateqoriyada həmçinin Hari Oldman (“Mank”), Riz Ahmed (“Metalın Səsi”), Stiven En (“Minari”) və Çedvik Bouzman mükafata iddialı olublar. Report

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …