Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Elton Con:“Vatikan bir tərəfdən eynicinslilərin nikahını rədd edir, digər tərəfdən isə…”

Elton Con:“Vatikan bir tərəfdən eynicinslilərin nikahını rədd edir, digər tərəfdən isə…”

Bazar ertəsi Vatikanın “Tanrı günaha xeyir verə bilməz” deməsi və Katolik Kilsəsinin eynicinslilərin evliliklərinə xeyir-dua verə bilməyəcəyinə dair qərar qəbul etməsi bir çox məşhur LGTB üzvlərini qəzəbləndirib.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, onların arasında dünyaca məşhur müğənni Elton Con da var.

Müğənni öz “Tvitter” hesabında “Vatikan yekcins münasibətlərin günah olduğunu bildirir və belə nikahlara xeyir-dua verməkdən imtina edir. Lakin digər tərəfdən mənim Devid Fişnerlə ailə səadətimi əks etdirən “Roketmen” filminə sərmayə yatırır və bundan milyonlarca qazanc götürür” yazıb. Paylaşımının sonuna isə “ikiüzlülük” heşteqini əlavə edib.

Bununla da “Roketmen” filmi ilə Vatikanın arasındakı sirr yenidən gündəmə gəlib.

Xatırladaq ki, “Roketmen” filmi Elton Conun bioqrafiyasını əks etdirir. Filmdə müğənninin kişilərlə münasibətindən, sənətdə uğur qazanaraq ulduz olmasından bəhs olunur. 2019-cu ildə təqdim olunan film ekranda kişi gey seks səhnəsini təsvir edən ilk böyük studiya filmi kimi xarakterizə olunur.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …