Şənbə , Noyabr 28 2020
Ana səhifə / Dünya / Elnarədən kitab yazan erməninin titulları alındı

Elnarədən kitab yazan erməninin titulları alındı

170-dən çox kitabın müəllifi L.Çibuxçyan vaxtilə Ermənistanda bütün titullara malik olan yazıçılardan biri olub. Hətta V.Putin haqqında da kitab yazaraq, onun özünə təqdim etmişdi. Tavuş rayonunda yaxşı vəzifədə də işləyirdi.

Kult.az xəbər verir ki, bu sözləri ermənişünas alim İsmayıl Tanrıverdi qeyd edib. O bildirib ki, L.Çibuxçyan azərbaycanlı müğənni Elnarə Abdullayeva haqqında kitab yazdığı üçün təqiblərə məruz qalıb:

“Özünün dediyinə görə, onun tək hobbisi bizim muğam müğənnimiz Elnarə Abdullayevanın mahnılarına qulaq asmaq olub. Buna görə də 2014-cü ildə “Elnara” adlı kitabını dərc etdirib. Bütün “qara” günləri də bundan sonra başlayıb. Buna görə də erməni hakim dairələri onu bütün titullardan məhrum etməklə kifayətlənməyib, vəzifəsindən də uzaqlaşdırıblar. O zamankı prezident S.Sərkisyana 12 şikayət məktubu yazsa da Serjikdən cavab almayıb. Buna baxmayaraq, o, Serjikin şərəfinə “Sən millətin kimi hamıdan böyüksən, Serj” adlı kitab da yazıb. Serjikdən yenə də cavab almayan yazıçı, bu dəfə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, ondan sığınacaq alacağını bildirib. Hətta bu haqda bütün erməni mətbuatı da məlumat verib. Lakin yenə də onun dərdinə çarə qılan olmayıb. İndi də ümidi Paşinyana gəlir. Buna görə də ona həsr etdiyi yeni “İcevan planetindən enmiş xilaskar” adlı kitabını dərc etdirib. Paşinyan isə hələ ki, öz problemləri ilə məşğuldur.

Bir sözlə, gah nala, gah da mıxa vuran naəlac yazıçı Çibuxçyanın ümidi qalıb Allaha”.

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …