Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Elit məktəbdə oğlanlara yubka geyinməyə icazə verildi – İNANILMAZ…

Elit məktəbdə oğlanlara yubka geyinməyə icazə verildi – İNANILMAZ…

Məktəbin direktoru Riçard Meloni deyir ki, şagirdlər özlərini ifadə etməlidirlər və özlərini əzilmişlər kimi hiss etməməlidirlər…

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, illik təhsil xərci 36 min funt sterlinq olan Britaniyanın Ratlenddəki  Uppingham elit məktəbində oğlanlar yubka geymək üçün icazəyə nail olublar. Bu barədə məktəbin direktoru Meloni sevinclə məlumat verib.
“İstənilən şagird mənə yaxınlaşıb deyə bilər: “bax, biz kimik. Biz özümüzü ifadə etmək istəyirik. Biz bu paltarı geyinmək istəyirik”. Biz onlara komfort yaratmalıyıq və onların tələblərini nəzərə almalıyıq”.
Məktəbin keşmiş məzunu Kristian Cessenin sözlərinə görə, təhsil müəssisəsində geyimə görə həmişə sərt qaydaların olduğunu yaxşı xatırlayır: oğlanlar şalvarda, qızlar yubkada. O hesab edir ki, indi gender neytral geyim bu stereotipləri dağıtmağa kömək edə bilər.
“Biz uşaqların qərarını dəstəkləməliyik. Onlar cinsiyyətini dəyişdirməyə hazırlaşanda, hər şeydən əvvəl onlara psixoloji dəstək lazımdır. Bu vacibdir”.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …