Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Eldar Sabiroğlu: “Nə etməli ki, Baydenin ürəyi belə istəyir”

Eldar Sabiroğlu: “Nə etməli ki, Baydenin ürəyi belə istəyir”

ABŞ Rusiyanı çökdürmək məqsədilə Türkiyənin zəruri imkanlarından istifadə etməyi qərarlaşdırıb. Müharibənin ilk vaxtlarında yada düşməyən ehtiyat resurslarını hərəkətə gətirməyin görünür, zamanı indi yetişmişdir və Türkiyəni Rusiya ilə savaşa qoşmaq üçün yol xəritəsini seyflərdən buna görə çıxarmağa başlayıb.


Ümumiyyətlə, Birləşmiş Ştatların son 100 illik xarici siyasətində hərbi doktrina məsələsi məxsusi yer tutur və bu zəmində hesablanmamış, daha dəqiq ifadə edəriksə, dövlətin möhkəmliyi və dünyaya ağalıq etmək planları hazır vəziyyətdə prezidentlərin əl çantasında saxlanır, özü də nüvə düymələri ilə birlikdə…

ABŞ qədər öz mənafeyini güdən və bu yolda gərəkirsə, humanitar dəyərləri ayaqlayıb üzərindən keçən ikinci bir dövləti tanıyan varsa, bərabər müzakirə edə bilərik. Demokratiyanı bayraq edib öz istək və arzularını reallaşdırmaq onun üçün hər şeydən irəlidir.

Türkiyənin NATO-da ikinci yerdə durmasını sinirə bilmir. ABŞ vəd versə də, sonda dövlətlərarası razılığı aşkar surətdə pozdu və Türkiyəyə F16, F35 hərbi təyyarələrini satmaqdan imtina etdi. Bu gün də Türkiyənin qarşısında şərt qoyur,
hətta xəbədarlıqla təhdid edir. Deməli ki, Türkiyə ərazisindən Rusiyaya uçan sərnişin təyyarələri xidməti və texniki cəhətdən ciddi yoxlanılmalı, lazım gələrsə uçuş dayandırılmalıdır.

Mənim Rusiyanı zərrəcə müdafiə etmək məqsədim yoxdur və olması da mümkünsüzdür. Lakin burada insan faktorundan söhbət ediriksə, məsələnin bu tərzdə qoyuluşu tamamilə humanitar prinsiplərə ziddir.
Bu da Amerikanın silahsız, terrorla əlaqəsi olmayan və müxtəlif milli mənsubiyyət daşıyan sərnişin təyyarələrinin aqibəti. Nə etməli ki, Baydenin ürəyi belə istəyir.

Eldar SABİROĞLU

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …