Sosial şəbəkədə biz:

Əfqanıstanda zəlzələdə yüzlərlə ölən var

Əfqanıstanda zəlzələdə yüzlərlə ölən var

Əfqanıstanda ötən gecə baş vermiş 6 bal gücündə zəlzələdə 250-dək adam həlak olub, 500-dən çox yaralı var.

Ölü və yaralı sayının son olmadığı bildirilir.

"Taliban" rəsmiləri Nəngərhar, Lağman və Kuna vilayətlərində xilasetmə əməliyyatlarının aparıldığını deyirlər.

Nurgal rayonunda bir neçə kəndin torpağın altında qaldığı xəbər verilir.

İlkin zəlzələdən sonrakı titrəyişlər 5.2 və 4.7 bal gücündə olub.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələlərin episentrinin Cəlalabad şəhəri olduğunu bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol