Çərşənbə , İyun 19 2019
Ana səhifə / Dünya / Düşənbədə MDB ölkə başçılarının iclası başlayıb

Düşənbədə MDB ölkə başçılarının iclası başlayıb

Tacikistan paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası başlayıb.

Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, qonaqları Tacikistan prezidenti Emomali Rahmon qarşılayıb.

MDB dövlət başçıları ilk öncə məhdud formatda görüş keçirirlər. Məlumata əsasən, liderlər ilk öncə MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında fikir mübadiləsi aparacaq, həmçinin MDB-də sədrlik, Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilmə yeri və tarixi məsələlərini müzakirə edəcəklər.

Geniş tərkibdə iclas zamanı təşkilatın fəaliyyətinə dair bir sıra kompleks məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Həmçinin oxuyun

Pentaqona yeni rəhbər təyin edildi

Pentaqonun yeni rəhbəri Mark Esper olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp …