Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Dünyanın on ən yaxşı aviaşirkətləri – ADLAR

Dünyanın on ən yaxşı aviaşirkətləri – ADLAR

ABŞ-ın “TripAdvisor” firması dünyanın ən yaxşı aviaşirkətlərinin adlarını açıqlayıb. Onun versiyasına görə, Singapore Airlines reytinq cədvəlində birinci yeri tutub.

Sinqapur aviaşirkəti ilə yanaşı, reytinq cədvəlində ilk onluğa Qatar Airways, Emirates, Japan Airlines, Eva Air, Southwest Airlines, Azul, Air New Zealand, All Nippon Airways (ANA) daxildirlər.

Amerikan şirkətinin tərtib etdiyi bu reytinqdə ABŞ, Fransa, Almaniya, İngiltərənin məşhur aviaşirkətlərinin ilk onluqda yer almaması diqqəti çəkir. Avropa aviaşirkətləri arasında ən yaxşısı isə Virgin Atlantic olub.

Reytinq cədvəli sərnişinlər arasında aparılan sorğunun nəticələrinə görə tərtib olunub./AZƏRTAC/

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …