Ana səhifə / Dünya / Dünyanın ən yaxşı universiteti açıqlandı

Dünyanın ən yaxşı universiteti açıqlandı

Dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlanıb.

İngiltərənin “Times Higher Education” (THE) jurnalının təqdim etdiyi siyahıya 500 universitet daxil edilib.

Reytinq siyahısı tərtib edilən zaman təhsil müəssisələrinin elmi tədqiqatları, beynəlxalq araşdırmaları, gəlir artımı və digər amillər nəzərə alınıb.

Siyahıya İngiltərənin Oksford Universiteti başçılıq edir. Sözügedən ali məktəb dörd ildir ki, dünyanın ən yaxşı universiteti seçilir. İkinci sırada Kaliforniya Texnologiya İnstitutu (ABŞ), üçüncüdə isə Kembric Universiteti (Böyük Britaniya) qərarlaşıb.

Hazırki siyahıda 92 ölkədən 1420 universitetin göstəriciləri nəzərdən keçirilib. Siyahıya ABŞ-dan 60, İngiltərədən 28, Almaniyadan 23 və Avstraliyadan 11 universitet daxildir. Yenisabah.az

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …