Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Dünyanın ən yaxşı ali məktəbləri – Azərbaycan universitetləri siyahıda yoxdur

Dünyanın ən yaxşı ali məktəbləri – Azərbaycan universitetləri siyahıda yoxdur

Bu il üçün dünyanın ən yaxşı universitetlərinin reytinqi – “Academic Ranking of World Universities 2018” açıqlanıb.
Siyahıya ABŞ-ın Harvard Universiteti başçılıq edir. Reytinqdə ikinci Stenford Universitetidir, 3-cü isə Böyük Britaniyanın Kembric Universitetidir.
İlk beşlikdə növbəti yerləri də ABŞ ali təhsil müəssisələri tutur: Massaçusets Texnologiya İnstitutu və Kaliforniya Universiteti.
Reytinqdə 1 Türkiyə, 4 Rusiya və 2 İran universiteti yer alıb.
Qeyd edək ki, reytinq təhsilin keyfiyyəti, professor-müəllim heyətinin keyfiyyəti, elmi fəaliyyət, işçinin orta məhsuldarlığı kimi meyarlar əsasında tərtib edilib. Eyni zamanda, təhsilin keyfiyyəti qiymətləndirilərkən məzunları Nobel mükafatına, Filds medalına layiq görülən universitetlər nəzərdən keçirilir.
Azərbaycan universitetləri siyahıya daxil edilməyib. (report)

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …