Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Dünyanın ən hündür qadını türkiyəli Rumeysa oldu- VİDEO

Dünyanın ən hündür qadını türkiyəli Rumeysa oldu- VİDEO

Türkiyəli qadın Rumeysa Gelgi “Ginnes”in rekordlar kitabına düşüb.

Bu barədə “Ginnes”in rəsmi saytı məlumat yayıb. Rumeysanın kitaba düşməsinə səbəb onun boyunun 215,16 sm olmasıdır. O hazırda dünyada yaşayan ən uzun qadını kimi tanınır.

“Hər bir qüsuru özünüz üçün bir üstünlük halına gətirə bilərsiniz. Ona görə də özünüzü olduğu kimi qəbul edin, potensialınızı reallaşdırın və bacardığınızın ən yaxşısını edin”-Gelgi deyib.

Qeyd edək ki, bu Rumeysanın “Ginnes”in Rekordlar Kitabına düşməsi ilə bağlı ikinci rekordudur. O 2014 -cü ildə 18 yaşında ikən ən uzun boylu yeniyetmə qız kimi də tanınmışdı.

Xatırladaq ki, türkiyəli qadının həddindən artıq uzun boya malik olması böyümə zamanı skeletin sürətli inkişafına səbəb olan nadir bir genetik xəstəlikdən “Uver” sindromundan qaynaqlanır.


Azvision.az

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …