Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Dünyanın ən bahalı avtomobili təqdim olundu FOTO/ VİDEO

Dünyanın ən bahalı avtomobili təqdim olundu FOTO/ VİDEO

Fransanın lüks avtomobillər istehsal edən “Bugatti Automobiles SAS” şirkəti 110 illik yubileyi münasibətilə “La Voiture Noire” (qara avtomobil) adlı hiperkapı  təqdim edib.

İnterfaks-ın məlumatına görə, şirkət bu modelin dünyadakı ən bahalı avtomobil olduğunu bildirib. Yalnız bir ədəd buraxılan hiperkapın qiyməti 11 milyon avro təşkil edir.

2017-ci ildə “Rolls-Royce” yeganə nümunə olan şüşə tavanlı “Sweptail”ı 12,8 mln. dollara satışa çıxarmışdı.

2018-ci ildə “Zonda HP Barchetta” modeli isə 15 milyon dollara öz sahibini tapmışdı.

“Bugatti La Voiture Noire” artıq satılıb. Alıcının adı məlum olmasa da, “Bloomberg”  onun “Volkswagen”in keçmiş rəhbəri Ferdinand Pyex olduğunu iddia edir.

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …