Şənbə , Fevral 24 2024
Ana səhifə / Dünya / Dünyanın ən zəngin adamı dəyişdi – Bill Qeyts ikincidir

Dünyanın ən zəngin adamı dəyişdi – Bill Qeyts ikincidir

“Amazon” şirkətinin yaradıcısı Ceff Bezos dünyanın ən zəngin adamıdır.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Bezos “Amazon”un səhmlərinin kəskin artması nəticəsində “Microsoft”un sabiq rəhbəri Bill Qeytsi geridə qoyub. Son 24 saat ərzində “Amazon”un səhmlərinin qiyməti 10% artıb.

“Forbes”-in məlumatına görə, hazırda Bezosun sərvəti 93,1 milyarddır.

Qeyd edək ki, bu ilin iyununda “Amazon” şirkətinin səhmlərinin bahalaşması Ceff Bezosu dünyanın ən varlılarının siyahısında birinci yerə çıxarmışdı. Lakin sonradan səhmlərin ucuzlaşması nəticəsində Bill qeyts statusunu geri qaytarmışdı.

Həmçinin oxuyun

Zelenski: “Putin müharibədə məğlub olmayana qədər heç vaxt dayanmayacaq”

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya prezidenti Vladimir Putin müharibəni uduzmasa və Ukraynanı …