Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Dünyanın ən qızmar səhrasında uşaqlar qarda sürüşür… – İnanılmaz – VİDEO

Dünyanın ən qızmar səhrasında uşaqlar qarda sürüşür… – İnanılmaz – VİDEO

Xəbər verildiyi kimi, yanvarın 8-də Əlcəzairin Ayn-Sefra şəhəri yaxınlığındakı “Saxara” kimi tanıdılan Böyük Səhraya  XXI sərdə ikinci dəfə qar yağıb. Qarın hündürlüyü təxminən 40 santimetr olub, amma bir neçə saata əriyib. 
Moderator.az xarici İslam saytlarına istinadla planetin ən qızmar guşəsinə yağmış qarın müsəlman fotobloger Bəşir Hacı tərəfindən çəkilmiş yeni foto və video-görüntülərini əldə edib. Sakinlər qarı heyrət qarışıq sevinclə qarşılayır, uşaqlar həvəslə qar üstündə sürüşürlər.
Bəzi mənbələrə görə, son 38 il ərzində Böyük Səhraya 4 dəfə qar yağıb. İlk dəfə 1979-cu ildə,  3-cü  dəfə isə bir il öncə – 2016-cı ilin sonunda yağıb.  Onda qar bir sutka yerdə qalıb və yerli sakinlər havanın bu qəribəliyinə heyrət ediblər.
Alimlər  Böyük Səhraya qar yağmasını qlobal istiləşmə ilə əlaqələndirirlərsə, xristian ilahiyyatçılar isə bunu dünyanın sonunun yaxınlaşması və Antixristin, yəni Dəccalın gəlməsi kimi dəyərləndirirlər…
Sultan Laçın

Həmçinin oxuyun

Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” – Video

Yanvarın 6-da Xocalı soyqırımını törədənlərdən biri, erməni general Manvel Qriqoryanın yaxınları onun məzarını ziyarət etmək …