Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Dünya / Dünyanın ən nəhəng “amfibiyası” havaya qalxdı

Dünyanın ən nəhəng “amfibiyası” havaya qalxdı

Çin mütəxəssislərinin hazırladığı, dünyanın ən böyük amfibiya təyyarəsi “AG600” ilk uçuşunu uğurla yerinə yetirib.

Belə ki, Çin Aviasiya Sənayesi Korporasiyasının (AVİC) istehsal etdiyi 37 metr uzunluğundakı “Kunlong” adlı təyyarə Cuxay şəhərindəki aeroportdan havaya qalxıb və 64 dəqiqə ərzində uçuşunu başa çatdırıb.

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi və ÇXR Dövlət Şurası uğurlu uçuş münasibətilə təyyarəni hazırlayan mütəxəssisləri təbrik edib.

İstehsalçı şirkətin məlumatına görə, maksimal uçuş kütləsi 53,5 ton olan “AG600” təyyarəsi bir dəfəyə 4500 kilometr məsafə qət edə bilər. Saatda 500 kilometr sürətlə uçan amfibiya təyyarəsi 12 saat havada qalır. Təxminən 20 saniyə ərzində 12 ton su toplayan təyyarə həm adi aerodromlara, həm də su səthinə enib qalxmağa qadirdir.

Yanğına qarşı mübarizədə, su hövzələrində monitorinq, mühafizə və xilasetmə işlərində istifadə olunacaq “AG600” cari ilin aprel ayında ilk sınaq uçuşunu da uğurla yerinə yetirmişdi.

İstehsalçı şirkət bu tip 17 təyyarənin satışına dair sifariş qəbul edib.(Azərtac)

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …