Ana səhifə / Dünya / “Dünyanın ən gözəl qızı” Nigeriyada tapıldı – FOTO

“Dünyanın ən gözəl qızı” Nigeriyada tapıldı – FOTO

Ceyr adlı nigeriyalı qız İnstaqramın yeni fenomeninə çevrilib.

Azinforum.az xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Ceyrin qeyri-adi gözəlliyə malik olmasıdır. Bir anda sosial şəbəkənin ulduzuna çevrilən Ceyr qara qıvrım saçlara, ala gözlərə sahibdir.

Qızcığazın şəkillərini çəkən fotoqraf Mofe Bamaiva onları İnstaqram hesabında yerləşdirərək “Bəli, o, insandır, həm də mələk” yazıb. Fotolar qısa zamanda böyük marağa səbəb olub. “Dünyanın ən gözəl qızı” adlandırılan Ceyrin fotolarını minlərlə izləyici bəyənib.

Qeyd edək ki, Ceyrdən əvvəl “Dünyanın ən gözəl qızı” statusunu Anastasiya Knyazova və ondan qabaq isə Tilan Blondo qazanmışdı.

20180727-jane2

 

Həmçinin oxuyun

İsraildə “Eurovision”a etiraz

Qüdsdə ortodoksal yəhudilər “Eurovision” müsabiqəsinin şabbatda keçirilməsinə etiraz ediblər. The Times of Israel xəbər verir ki, …