Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Dünya / Dünyanın ən etibarlı avtomobili məlum olub

Dünyanın ən etibarlı avtomobili məlum olub

ABŞ-ın “Consumer Reports” nəşrinin versiyasına görə “Mazda” ən etibarlı avtomobillərin reytinqində birinci olub.

“Report” xəbər verir ki, siyahı avtomobil istehsalçılarının bütün modellərinin etibarlılıqları nəzərə alınaraq təşkil edilib.

Tədqiqatın gedişatında 2000-2020 buraxılış ilinə malik 330 min avtomobilin sahibinin rəyi soruşulub. Respondentlərdən həmçinin son 1 il ərzində avtomobillərlə bağlı problemlər haqqında rəy öyrənilib. Ballar avtomobillərin markalarına alınmış cavablar əsasında verilib.

Siyahıda ikinci yerdə “Toyota”, üçüncü yerdə “Lexus” qərarlaşıb.

Qeyd edilir ki, “Mazda” rəy sorğusunda 83 bal yığıb və ilk dəfə reytinqin lideri olub.

Ən etibarlı avtomobillərin ilk beşliyinə həmçinin “Buick” və “Honda” markaları daxil olub.

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …