Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Dünya / Dünyanın ən böyük narkotacirinin məhkəməsi başladı

Dünyanın ən böyük narkotacirinin məhkəməsi başladı

“El Çapo” (Cücə) ləqəbli meksikalı karobaron Xoakin Qusman həbsdə saxlanıldığı Nyu-Yorkda ilk dəfə hakim qarşısına çıxarılıb.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, tam adı Xoakin Arçivaldo Qusman Loera olan 64 yaşlı narkobaron polisin geniş nəzarəti altında Bruklin Federal Məhkəməsinə aparılıb.

Polislər binanın içində və çölündə ağır silahlarla, həmçinin bomba axtaran itlərlə təhlükəsizlik tədbirləri görüblər.

Məhkəmə prosesində qərar sahibi olacaq jüri heyətinə təzyiqlər göstərilməməsi üçün onların adı gizli saxlanılacaq. Cinayət işinə isə ABŞ Regional Məhkəməsinin sədri Brayan Koqan baxacaq.

64 yaşlı “El Çapo”ya 1989-2014-cü illərdə təxminən 200 tona yaxın kokaini ABŞ-da satmaq, muzdlu qatillər vasitəsilə yüzlərlə cinayət törətmək, adam oğurlamaq və s. kimi 17 ayrı cinayət üzrə ittiham irəli sürülüb. Ona ömürlük həbs və 14 milyard dollar pul cəzası verilməsi tələb edilir.

Qeyd edək ki, ABŞ hökuməti Xoakin Qusmanı “dünyanın ən mərhəmətsiz, təhlükəli və qorxulu insanı” adlandırıb.

O, 2001-ci ildə həbsxanadan qaçdıqdan sonra 2014-cü ildə yenidən dəmir barmaqlılar arxasına salınıb. Lakin, bir neçə ay ərzində 14 km-lik tunel qazaraq yenidən qaçmağı bacarıb.

Üçüncü dəfə isə 2016-cı il yanvarın 6-da saxlanılıb və 2017-ci il 19 yanvarda ABŞ-a ekstradisiya edilib.


Həmçinin oxuyun

Ərdoğan nazirləri toplayır – Qarabağ da müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin toplantısı baş …