Cümə , Dekabr 4 2020
Ana səhifə / Dünya / Dünyanın ən bahalı evini 300 milyon dollara aldı – FOTO

Dünyanın ən bahalı evini 300 milyon dollara aldı – FOTO

Səudiyyə Ərəbistanı krallığının vəliəhdi, şahzadə Məhəmməd ibn Salman Fransanın paytaxtı Parisdə yerləşən tarixi “XIV Lüdövik İmarəti”ni alıb.

“Qafqazinfo” Euronews-a istinadla xəbər verir ki, vəliəhd dünyanın ən bahalı imarəti üçün 300 milyon dollar ödəyib.

Satış 2015-ci ildə həyata keçirilsə də, imarətin sahibinin adı gizli saxlanılıb. İmarətin vəliəhdə satıldığı barədə məlumat bu günlərdə üzə çıxıb.

Qeyd edək ki, ötən aylarda vəliəhdin göstərişi ilə S.Ərəbistanında bir çox şahzadə və nazirlər korrupsiya və israfçılıq etməkdə ittiham edilərək həbs edilmişdi. Onun imarət üçün 300 milyon dollar ödəməsinin üzə çıxması isə birmənalı qarşılanmayıb.

1(106)

5a37717bb6e5b

8fd9f33e668b648aa0284d9ac8050

5673d9bac03c0e2ec85e6a62

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …