Şənbə , Dekabr 5 2020
Ana səhifə / Dünya / Dünyada koronavirusun ən çox yayıldığı ölkələr açıqlandı (SİYAHI)

Dünyada koronavirusun ən çox yayıldığı ölkələr açıqlandı (SİYAHI)

Dünyada koronavirusa ən çox yayılma halı Çində qeydə alınıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu ölkədə 81 321 nəfər COVID-19 infeksiyasının daşıyıcısıdır.
Pandemiyanın ən çox yayıldığı ölkələrin siyahısında İtaliya ikinci yerdə qərarlaşıb. Rəsmi məlumata görə, bu ölkədə 53 578 koronavirusa yoluxma təsdiqlənib.
ABŞ COVID-19-un təsdiq edilmiş yoluxma hallarının sayına görə Çin və İtaliyadan sonra dünyada üçüncü yerə çıxıb.
Bu barədə ABŞ-ın federal və yerli hakimiyyətinin statistikasını aparan Cons Hopkins Universiteti bildirib.
Qeyd edilir ki, ölkədə təxminən 25,5 min koronavirusa yoluxma qeydə alınıb, 300-dən insan pandemiyanın qurbanı olub.
Universitetin məlumatına görə, ABŞ-da yeni virusa 25 493 yoluxma təsdiqlənib, 307 nəfər ölüb.
ABŞ koronavirusun yayılmasına görə yalnız Çindən və İtaliyadan geri qalır. Son həftə ərzində bu ölkədə COVID-19 infeksiyasına yoluxma halları onqat artıb.
Qeyd edək ki, ABŞ-dan sonra siyahıda İspaniya qərarlaşıb. Bu ölkədə 25,3 min nəfər yeni virusun daşıyıcısıdır. Almaniya siyahıda (22,2 min nəfər) 5-ci, İran (20,6 min nəfər) 6-cı yerdədir.  

Həmçinin oxuyun

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının …