Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Dünyada koronavirusla bağlı son durum – STATİSTİKA

Dünyada koronavirusla bağlı son durum – STATİSTİKA

Bu günədək dünyada 245 min 913 nəfər yeni növ koronavirusa yoluxub. İndiyədək virusa yoluxmuş 10 min 48 xəstə ölüb. Koronavirusa yoluxanlardan 88 min 465 nəfər sağalıb.

Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, Yerdə qalan 147 min 400 nəfərdən 140 min 15-nin vəziyyəti qənaətbəxş hesab olunur. 7 min 385 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Son məlumatlara görə, koronavirusa dünyanın 181 ölkəsində rast gəlib. Virusa ən çox yoxulma halı Çində (80 min 967 nəfər) qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3 min 248 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı 39 nəfər olub. Hesabat saatında 3 nəfər dünyasını dəyişib.

Koronavirusun yayılmasına görə ikinci sırada İtaliyadır. Bu ölkədə 41 min 35 nəfər xəstə qeydə alınıb. Onlardan 3 min 405 nəfəri dünyasını dəyişib. Hesabat müddətində yeni yoluxmaya rast gəlinməyib.

Üçüncü sırada yer alan İranda 18 min 407 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 1284 nəfəri ölüb. Son 12 saat ərzində yeni yoluxma faktı qeydə alınmayıb.

Dördüncü yerdə qərarlaşan İspaniyada 18 min 77 virusa yoluxma baş verib. Onlardan 831 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində yeni yoluxma halı aşkarlanmayıb.

Siyahıda beşinci olan Almaniyada 15 min 320 nəfər virusa yoluxub ki, onlardan 44-ü ölüb.

Altıncı yerdə qərarlaşan ABŞ-da isə 14 min 366 virusa yoluxma təsdiqlənib. İndiyədək 217 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində 577 nəfər virusa yoluxub və 10 nəfər ölüb.

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …