Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 687 min 877 nəfərə çatıb.
Azvision.az “Worldometers”-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 352 min 265 nəfərdir. İndiyədək 2 milyon 431 min 754 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.