Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / Dünyada koronavirusa yoluxma kəskin artır

Dünyada koronavirusa yoluxma kəskin artır

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 75 milyon 282 min 798 nəfərə çatıb.

Azvision.az “Worldometers” saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 668 min 356 nəfərdir.İndiyədək 52 milyon 852 min 602 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …