Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Dünyada koronavirusa yoluxanların sayı 288 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 288 milyonu ötüb

Dünyada koronavirusa yoluxma hallarının sayı 288 milyon 201 min 551 nəfərə çatıb.
Bu barədə Amerikanın Cons Hopkins Universitetinin məlumatında deyilir.

Pandemiya başlayandan indiyədək 5,4 milyon insan dünyasını dəyişib. 20 milyondan çox yoluxma halları aşkar olunmuş ölkələr sırasına yenə ABŞ, Hindistan və Braziliya daxil olur.

ABŞ COVID-19-a yoluxanların və ölənlərin sayına görə liderliyini saxlayır, burada ümumilikdə 54 milyon 743 min 982 nəfər koronavirusa yoluxub, onlardan 825 min 536 nəfər vəfat edib.

Həmçinin qeyd olunur ki, dünyada 9 milyarddan çox doza koronavirusa qarşı peyvənd istifadə olunub.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …