Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Dünyada 50-dən çox ölkə vaksinasiyaya başlayıb

Dünyada 50-dən çox ölkə vaksinasiyaya başlayıb

Son statistikaya görə, dünyada koronavirusa yoluxanların sayı 83,8 milyonu ötüb, 1,8 milyondan çox insan isə bu virusun qurbanı olub.

Artıq 50 ölkədə koronavirusa qarşı vaksinasiya prosesi başlanıb. Bəs hansı ölkə hansı vaksindən istifadə edir?
İngiltərədə nəşr edilən “Guradian” qəzeti bununla bağlı araşdırma təqdim edib.

Çin. Bu ölkə hələ peyvənd rəsmən təsdiqlənməzdən əvvəl artıq vaksinasiyaya başlamışdı. Məlumata görə, bu günə qədər 5 milyona yaxın insan vaksinasiya olunub. Qeyd edək ki, Pekin bu gün “Sinopharm” vaksininə də “şərti” təsdiq verib. Adı çəkilən peyvəndin COVİD-19-a qarşı 79 faiz effektli olduğu bildirilir.

Məlum olduğu kimi, Rusiya özünün istehsal etdiyi “Sputnik V” vaksinindən istifadə edir. Artıq ötən ilin dekabr ayının 5-dən ölkədə peyvəndləmə prosesinə başlanıb.

Qeyd edək ki, Belarus və Argentina da “Sputnik V” peyvəndi ilə vaksinasiyaya start verib. Bu ölkələrdə dekabrın 29-dan etibarən insanlar peyvənd olunmağa başlayıb.

Əlcəzair də Rusiyanın “Sputnik V” peyvəndini sifariş edib. Ölkədə bu peyvəndin tətbiqinə yanvar ayında başlayacaq.
Qərb ölkələri arasında İngiltərə Amerika-Alman tərəfdaşlığı “Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazrıladığı peyvəndi təsdiqləyən ilk ölkə oldu. Ölkədə vaksinasiya ötən ilin 8 dekabrında start götürüb. Məlumata görə, dekabrın 27-nə qədər təxminən 950 min nəfər peyvənd olunub.

00F16945-053A-4AE9-9030-BCB3913A0E31_w408_r1_s.jpg (15 KB)

Qeyd edək ki, İngiltərə Oksford Universiteti və “AstraZeneca” şirkəti tərəfindən hazırlanan peyvəndi də təsdiqləyən ilk ölkə olub. Bu peyvənd bir neçə gündən sonra tətbiq olunmağa başlayacaq.

Onu da xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı (ÜST) 31 dekabr tarixində “Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazırladığı peyvəndi təcili istifadə üçün təsdiqlənmiş ilk peyvənd elan edib.

Kanada və ABŞ “Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazırladığı peyvənd ilə 14 dekabrda, İsveçrə 23 dekabrda, Serbiya 24 dekabrda, əksər Avropa ölkələri 27 dekabrda və İslandiya 29 dekabrda vaksinasiya prosesinə başlayıb.

Qeyd edək ki, ABŞ və Kanada “Moderna” şirkətinin hazırladığı vaksini də təsdiqləyib. Məlumata görə, həmin peyvəndin bu il yanvarın 6-da Avropada da təsdiqlənəcəyi gözlənilir. Bu peyvəndin ilk dozası artıq ABŞ-da 2.8 milyon insana tətbiq olunub.
Orta Şərqdə BƏƏ 14 dekabrda Çinin “Sinopharm” vaksini ilə, Dubay isə “Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazırladığı peyvənd ilə vaksinasiyaya başlayıb. Səudiyyə Ərəbistanı, Bəhreyn 17 dekabrda, İsrail 19 dekabrda, Qətər 23 dekabrda, Küveyt 24 dekabrda, İordaniya isə 27 dekabrda vaksinasiya prosesinə başlayıb. Adları qeyd olunan ölkələr arasında təkcə Bəhreyn Çinin “Sinopharm” vaksininə müraciət edib, digər ölkələr “Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazırladığı peyvəndə üstülük verib.

Qeyd edək ki, ayda 250 min insanı vaksin etməyi qarşısına məqsəd qoyan İsraildə bu günə qədər 800 min insan vaksinasiya olunub. Bəhreyndə bu rəqəm 60 minə yaxın, Ummanda isə 3 mindən çoxdur.

Türkiyə Çindən aldığı “Sinovac” peyvəndini artıq 30 dekabrda təhvil alıb. Ölkədə vaksinasiyanın yanvar ayında başladılacağı bildirilir. Digər bir məlumata görə, Türkiyə Rusiyada hazırlanmış “Sputnik V” peyvəndinin Türkiyədə də istehsal edilməsi üçün razılığa gəlib.

Latın Amerikası, Meksika, Çili və Kosta-Rika da 24 dekabrdan etibarən “Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazırladığı peyvənd ilə vaksinasiyaya başlayıb.

Asiyada isə Sinqapur 30 dekabrda vaksinasiya kampaniyasına başlayıb.

Koronavirusun tüğyan etdiyi Hindistan, Yaponiya və Tayvan vaksinasiyaya 2021-ci ilin birinci rübündə, Pakistan və Filippin ikinci rübdə, Əfqanıstan və Tailand isə 2021-ci ilin ortalarında başlamağı planlaşdırır.

Qərbi Afrikada Rusiyanın “Sputnik V” peyvəndinin ilk dozaları bu həftə Qvineyada tətbiq olunmağa başlayıb. Musavat.com

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …