Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Dünyada 263 milyon insan marixuana istifadəçisidir

Dünyada 263 milyon insan marixuana istifadəçisidir

Dünyada 263 milyon insan çətənə (kannabis, marixuana) istifadəçisidir. Bu barədə məlumatı qlobal çətənə sənayesi üzrə aparıcı analitik qurum olan “New Frontier Data” təşkilatı yayıb.

Təşkilatın hazırladığı çətənə sənayesinə dair illik hesabatda dünya üzrə çətənə dövriyyəsi (dövlət tərəfindən tənzimlənən və həmçinin qeyri-qanuni) 344 milyard ABŞ dolları həcmində dəyərləndirilir. Çətənə üzrə ən mühüm bazarların sıralamasında ilk yerdə Asiya dayanır (132,9 milyard dollar). Sonrakı yerlərdə isə digər regionlar gəlir: Şimali Amerika (85,6 milyard dollar), Avropa (68,5 milyard dollar), Afrika (37,3 milyard dollar) və Latın Amerikası (9,8 milyard dollar). 

Hesabatda çətənə və digər narkotik vasitələrin qeyri-qanuni istehlakına qarşı mübarizənin gücləndirilməsinin vacibliyi qeyd edilməklə yanaşı, tibbi məqsədlər üçün istifadə barədə yeni imkanlar da əksini tapıb. Qeyd edilib ki, dünyanın 50-dən artıq ölkəsində tibbi çətənə müxtəlif formalarda leqallaşdırılıb və dövlət nəzarəti altında bu sektorun inkişafı üçün böyük potensial mövcuddur. (AzərTAc) 

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …