Çərşənbə , İyun 26 2019
Ana səhifə / Dünya / Dünyada ən çox xarici pasport alan xalqların adları açıqlanıb

Dünyada ən çox xarici pasport alan xalqların adları açıqlanıb

Cənubi Kipr Avropa Birliyinə üzv olduğu, həmçinin burada sərmayə qoyaraq vətəndaşlıq almağın daha asan başa gəldiyinə görə əcnəbilər, xüsusilə də rusiyalılar üçün ən cəlbedici məkana çevrilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Avropa Birliyinin statistika idarəsi təkcə 2017-ci ildə 5,5 min xaricinin Cənubi Kipr vətəndaşı olduğunu təsbit edib. Bunların içində ruslar 23,8%-lə (1313 şəxs) üstünlük təşkil edir. Onların arxasınca “Breksit”dən sonra britaniyalılar (9,1%- 502 şəxs) və ukraynalılar (8,7% və ya 479 şəxs) gəlir.

Ümumiyyətlə digər ölkənin vətəndaşlığını almaq məsələsində mərakeşlilər liderlik edirlər. 2017-ci ildə 68 min mərakeşli Avropa Birliyi pasportunu əldə edə bilib. Onların 83%-i artıq İtaliya vətəndaşıdır. İkinci sırada 59 minlik göstərici ilə albanlar gəlir. Albanların 97%-i Yunanıstan və İtaliya pasportlarını almağa üstünlük veriblər. Bu üçlüyü 31,6 minlik rəqəmlə hindistanlılar qapadırlar. Onların 53%-i artıq Böyük Britaniya kraliçasının təbəələri sayılırlar.

29900 türk həmin il Almaniya, 25 min rumıniyalı İtaliya, 23 min pakistanlı isə Böyük Britaniya vətəndaşlarına çevriliblər. 22 min polyak da Almaniya və Böyük Britaniya vətəndaşlığına sahib olub. 21,6 min braziliyalı isə Portuqaliya və İtaliya ilə hüquqi bağlarını qurub.

Qeyd olunur ki, 2019-cu ilin fevralından etibarən Cənubi Kipr hökuməti daha çox “qızıl pasportlar proqramı” kimi tanınan “sərmayə müqabilində vətəndaşlıq” haqqında qaydaları sərtləşdirib.

Artıq kiçik ada dövlətində vətəndaşlıq almaq istəyənlər 2,5 milyon funtdan keçməli olacaqlar. Bundan başqa əlavə və məcburi qaydada alınan 150 min funt-sterlinq Cənubi Kiprin dövlət fondlarına köçürülməlidir.

Həmçinin oxuyun

İmamoğlu sərvətinin siyahısını paylaşdı – Fotolar

YSK-nın (Ali Seçki Komissiyası) qeyri-rəsmi nəticələrinə görə İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu özünün, həyat …