Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Dünya / Dünyada ən çox spirtli içki içən millətlərin adı açıqlandı

Dünyada ən çox spirtli içki içən millətlərin adı açıqlandı

Alimlər dünya ölkələri arasında əhalisi ən çox spirtli içki qəbul edən dövlətlərin siyahısını hazırlayıblar.
“Ölkə.Az” xəbər verir ki, “Lancet” jurnalında dərc edilən məqaləyə əsasən, gün ərzində adam başına düşən spirtli içkinin miqdarı hesablanıb.

Vaşinqton universiteti və Bill Qeyt Fondunun mütəxəssisləri 1282 tədqiqatın nəticələrini incələyiblər. Bu tədqiqatlar spirtli içki qəbuluna aiddir. Məlum olub ki, dünyada ən çox spirtli içki qəbul edən kişilər rumınlardır. Gün ərzində orta hesabla 8.2 porsiya içki qəbul edirlər. İkinci yerdə 7.2 porsiyalıq göstərici ilə Portuqaliya və Lüksemburq kişiləri gəlir. Litva və Ukrayna kişiləri isə 7.0 göstərici ilə üçüncü yerdədir.

Qadınlar arasında isə birinci yeri Ukrayna qadınları (4.2) tutur. Sonra isə Andorra, Lüksemburq, Belarus, İsveç, Danimarka və İrlandiya gəlir.

Bundan başqa alimlər dünyanın “ən ayıq” yəni ən az spirtli içki qəbul edən millətlərinin də adını açıqlayıblar. Məlum olub ki, kişilər arasında Pakistan, qadınlar arasında isə İran birinci yeri tutub.

Həmçinin oxuyun

Ərdoğan təşəkkür etdi – Binəli Yıldırım ağladı (FOTO+VİDEO)

Prezident Rəcəb Tayyib Ərdoğan Binali Yıldırıma təşəkkür edib.  Unikal.org xəbər verir ki, Ərdoğan 23 İyun İstanbul …