Ana səhifə / Dünya / Dünya liderlərinin illik maaşı nə qədərdir? – 1 dollardan 2 milyonadək

Dünya liderlərinin illik maaşı nə qədərdir? – 1 dollardan 2 milyonadək

İnsanlar başqalarının gəlirlərini hesablamağa, öz qazanclarını isə gizlətməyə maraqlıdırlar.

“Qafqazinfo” xəbər verir ki, hər şeydən əvvəl isə cəmiyyətin üzdə olan simalarının qazancı hər kəsi daha çox maraqlandırır. Dünya liderlərinin maaşı isə belədir:

Donald Tramp 

Ağ Ev rəhbərinin maaşı cəmi 1 dollar təşkil edir. Buna səbəb isə Amerika prezidentinin illik gəlirinin 400 min dollarla ölçülməsidir. Onun ümumi gəliri 3 milyard dollar olduğundan prezident maaşından çox rahatlıqla imtina edib. Amerika prezidentinin minimum əmək haqqı isə ayda 1160 dollar olmalıdır.

Pyotr Poroşenko 

“Forbes” jurnalına görə, Ukrayna prezidenti ölkənin 6 ən varlı insanından biridir və ildə 12 min 220 dollar maaş alır. Poroşenkonun aylıq maaşı 1018 dollardır. Ölkədə minimum əmək haqqı isə 133 dollardır.

Si Tsinpin 

Çin liderinin şəxsi biznesi olmasa da, onun qohumlarının gəliri 376 milyon dollar hesablanır. Tsinpinin illik gəliri 20 min 593 dollardır. Ölkədə minimum əmək haqqı 150-300 dollardır.

Sauli Niinistyö 

Skandinaviya ölkələri vətəndaşların gəlirinin yüksək olduğu dövlətlər sırasında dnüyada birinci yeri tutur. Finlandiya prezidentinin illik gəliri 146 min 700 dollardır. Minimal əmək haqqı isə təxminən 2 min dollardır.

Vladimir Putin 

Rusiya prezidentinin illik gəliri 151 min dollardır.

Tereza Mey 

Böyük Britaniyanın baş naziri ildə 198 min 509 dollar qazanc əldə edir. Mey gəlirinin əksəriyyətini ayaqqabılarına xərcləyir. Onun hətta şəxsi ayaqqabı kolleksiyası var. Britaniyada minimum əmək haqqı isə 1569 dolalrdır.

Emmanuel Makron 

İqtisadçı olan Fransa prezidenti posta gəlməzdən əvvəl ildə 1 milyon dollaradək gəlir əldə edirdi. Prezident kimi isə ildə 211 min 530 dollar qazanır. Fransada minimal əmək haqqı isə 1758 dollardır.

Cimmi Morales 

Qvatemala prezidenti Latın Amerikası ölkələrinin rəhbərləri arasında ən çox maaş alan şəxsdir. Onun illik gəliri 232 min dollar təşkil edir. Seçkilərdə qalib gələrsə, gəlirinin yarısını xeyriyyə məqsədləri üçün xərcləyəcəyini deyən Morales sözünün üstündə durdu. Ölkədə minimum əmək haqqı 200 dollardır.

Angela Merkel 

Almaniya kanslerinin illik gəliri 263 min dollar təşkil edir. O, xüsusi evdə yaşamaqdan imtina edərək Berlinin mərkəzində 5 mərtəbəli mənzildə qalır. Berlində əmək haqqı 1780 dollardır.

Castin Tryudo 

Kanadanın baş naziri ildə 267 min 415 dolalr qazanır. Kanadada aylıq əmək haqqı 1400 dollardır.

Malkolm Ternbull 

Avstraliyanın baş naziri ildə 403 min 745 dollar qazanır. Avstraliyada minimum əmək haqqı 900 dollardır.

Doris Loythard 

İsveçrə prezidentinin illik gəliri 437 min dollardır. Orada insanlar saatda 20 dollar qazanır.

Li Syan Lun

Sinqapurun baş naziri ildə 2,2 miyon dollar qzanır. Ölkədə minimum əmək haqqı 1000 dollardır.

Kim Çen In 

Şimali Koreya liderinin dəqiq gəliri bilinməsə də, diktatorun nüvə silahlarını nəzərə alsaq, heç də az qazanmadığını demək olar. Şimali Koreyada ümumi daxili məhsul 12,3 milyard dolalr təşkil edir.

Həmçinin oxuyun

Baş Nazir 16 dəqiqəyə istefa verdi

Bu gün Ukrayna Nazirlər Kabinetinin 16 dəqiqə davam edən iclasında baş nazir Vladimir Qroysman rəsmən …