Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Dünya / Dünya Kuboku Bakıya xüsusi təyyarə ilə gətiriləcək – FOTO

Dünya Kuboku Bakıya xüsusi təyyarə ilə gətiriləcək – FOTO

Futbol üzrə Dünya Kuboku fevralın 9-da səhər saatlarında Bakıya xüsusi təyyarə ilə gətiriləcək.

“Report”un məlumatına görə, ali mükafatı xüsusi təyyarə ilə 1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış Kristian Karambö müşayiət edəcək.

Yerli KİV nümayəndələri üçün mətbuat konfransı saat 11:00-da “Hilton” otelində keçiriləcək. Sonra kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.

Qeyd edək ki, Dünya Kuboku 4-cü dəfə dünya turuna çıxıb. Azərbaycana səfər “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

 

Həmçinin oxuyun

Əkrəm İmamoğlu koronavirusa yoluxub

Türkiyə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. APA-nın …