Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Dünya / “Dünya gözəli-2018″in qalibi yol qəzasında öldü

“Dünya gözəli-2018″in qalibi yol qəzasında öldü

“Dünya gözəli-2018” gözəllik müsabiqəsinin qalibi Saniya Şakirova Qırğızıstanda yol qəzasında həlak olub.

Virtualaz.org bildirir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinə istinadən TASS agentliyi məlumat yayıb.

Hadisə İssık-Kul vilayətində Balıqçı-Qaraqol şosesində baş verib. S. Şakirovanın olduğu taksinin sürücüsü idarəetməsini itirib və avtomobil divara çırpılıb. Qəza nəticəsində S. Şakirova həyatını itirib, sürücü isə ağır xəsarət alıb.

Xatırladaq ki, 31 yaşlı Saniya Şakirova üç uşaq anası idi. O bu il martın 28-dən aprelin 4-dək Vyetnamda keçirilən “Dünya gözəli-2018” gözəllik müsabiqəsinin qalibi olmuşdu.

Həmçinin oxuyun

Fransa Senatının üzvü Natali Quledən Azərbaycana böyük dəstək: – “Ürəyimizdə hiss etdiyimiz Qarabağ…”

AzTV-nin əməkdaşı, tanınmış tele-jurnalist Elnar Məmmədli müəllifi və aparıcısı olduğu “Hədəf” verilişində Fransa Senatının üzvü …