Ana səhifə / Dünya / Dünya Bankı “Qarabağ klanı”nın pullarını qaytaracaqmı?

Dünya Bankı “Qarabağ klanı”nın pullarını qaytaracaqmı?

Ermənistanın baş nazirinin müavini Ararat Mirzoyan Dünya Bankının rəhbərliyinə müraciət edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı Mirzoyan öz “Feysbuk” səhifəsində paylaşıb. O, Dünya Bankından əvvəlki hakimiyyətin dönəmində ölkədən qanunsuz çıxarılan pulların qaytarılmasına yardım etməsini istəyib: “Ölkəmiz soyulub. Buna son qoymaq və oğurlanan ictimai mülkün bərpası üçün Dünya Bankının Oğurlanmış Aktivlərin Xilası Təşəbbüsü (Stolen Asset Recovery Initiative) proqramı mövcuddur. Bunun sayəsinə qeyri-qanuni şəkildə xaricə çıxarılmış pulları izləmək mümkündür”.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …