Cümə , Noyabr 27 2020
Ana səhifə / Dünya / Dubayda səfir müəmması…

Dubayda səfir müəmması…

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yeni səfir təyin edib.

“ Azinforum.az ” “1news.az”a istinadən xəbər verir ki, yeni səfir Mahir Əliyev etimadnaməsini bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Əhməd Sari Əl Mazroueyə təqdim edib.

BƏƏ-li rəsmi səfirə fəaliyyətində uğurlar arzu edib.

Xatırladaq ki, Mahir Əliyev daha əvvəl Suriya və Livanda ölkəmizi təmsil edib.

Qeyd edək ki, bir müddət əvvəl BƏƏ-dəki sabiq səfir Daşqın Şikarovla bağlı mediada ciddi ittiham yer almışdı. Bildirilirdi ki, diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib. 

Hazırda XİN-in rəsmi saytında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə səfiri kimi nə Mahir Əliyevin, nə də Daşqın Şikarovun adı qeyd edilib.

***

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Bakupost.az”a bildirib ki, BƏƏ-yə yeni səfir təyinatı ilə bağlı onlarda heç bir məlumat yoxdur:

“Səfirlərin təyinatı ali sərəncamla həll edilir. Belə bir sərəncam olmadığı üçün təəssüf ki, biz bu barədə əlavə məlumat verə bilməyəcəyik”.

Daşqın Şikarov

Həmçinin oxuyun

Yeni nazir yüz faiz Rusiyanın adamıdır: Bakıda təhsil alıb

Ermənistan hökumətində çoxsaylı istefalar fonunda müdafiə naziri David Tonoyanın istefası və Vaqarşak Arutyunyanın bu vəzifəyə …