Ana səhifə / Dünya / Dövlət katibi prezidentə “gicbəsər” deyibmi…

Dövlət katibi prezidentə “gicbəsər” deyibmi…

ABŞ dövlət katibi Reks Tillerson prezident Donald Trampla dəfələrlə açıq münaqişəyə girib və istefa həddinə gəlib çatıb. Virtualaz.org xəbər verir ki, bu haqda NBC News öz mənbələrinə istinadən bildirir. Telekanalın xəbərinə görə, iş o yerə çatıb ki, Tillerson Trampı hətta “gicbəsər” adlandırıb.

Bildirilir ki, bu yay Tillerson Trampla üst-üstə yığılan ziddiyətlərə görə istefaya çox yaxın olub. Məsələn, Dövlət Departamentinin rəhbəri Trampın “American Boyscaut” təşkilatının üzvləri qarşısında “olduqca siyasiləşmiş” çıxışından bərk hiddətlənib. Bu təşkilata əvvəllər Tillerson başçılıq edirdi.

Bundan əlavə telekanal üç ayrı məlumatlı mənbəyə istinadən iddia edir ki, Pentaqonda milli təhlükəsizlik komandasının və kabinet üzvlərinin iştirakı ilə keçirilən iclasdan sonra Tillerson Trampın xarici siyasət mövqeyindən o qədər məyus olub ki, prezidenti həmkarları ilə söhbətdə “gicbəsər” adlandırıb. Bu zaman Tramp özü söhbətdə yer almayıb.

Dövlət katibi ilə prezident arasında ziddiyyətlər doğrudan da mövcuddur və bu, dəfələrlə ictimai forma da alıb. “The Washington Post” isə bu yaxınlarda yazmışdı ki, Tramp özü də Tillersondan narazıdır. Onlar Əfqanıstandakı ABŞ qoşunlarının sayı, Qətər böhranı və Kuba məsələsində yekdil mövqeyə gələ bilməyiblər.

“NBC News” telekanalının bildirdiyinə görə, Tillerson Pentaqondakı toplantıda Trampın barəsində kəskin ifadələr işlədəndə və onu “gicbəsər” adlandıranda vitse-prezident Maykl Pens birtəhər onu istefa fikrindən daşındırıb. Pens Tillersondan xahiş edib ki, heç olmasa ilin sonuna qədər işləsin.

“USA Today” da həmin informasiyanı təsdiqləyir, bildirir ki, ola bilsin vitse-prezident dövlət katibinin prezidentə “gicbəsər” deməsindən xəbərsiz olub, lakin Maykl Pens başa düşür ki, Tillerson Trampla dil tapa bilmir.

“NBC News” telekanalını yaydığı bu qalmaqallı məlumatdan sonra Reks Tillerson planlaşdırılmamış brifinq keçirərək nə vaxtsa istefa barədə düşündüyü haqd yayılan bütün məlumatları təkzib edib. Dövlət katibi ABŞ prezidentinin xarici siyasət kursunu tərifləyib və deyib ki, o özü də Trampın “Amerikanı yenidən qüdrətli etməyə çalışan” komandasının üzvüdür. Bununla belə Tillerson Trampı “gicbəsər” adlandırması haqda məlumatları təkzib etməyib. Təkcə bunu bildirib ki, “milləti bölmək səylərinin” iştirakçısı olmayacaq.

Tramp isə bu məlumatlara ənənəvi üslubunda və Tvitter-dən cavab verib. O, əlbətdə ki, bütün günahı jurnalistlərin üzərinə atıb. “Vay, bu gün feyk xəbərlər nə qədər də çoxdur. Mən nə etsəm, nə danışsam da onlar mənim haqqımda doğru danışıb yazmayacaqlar. Feyk media nəzarətdən kənardır. NBC News feyk xəbərlərdir, hətta CNN-dən də betər yalançıdır. Bu, dürüsüt jurnalistika üçün rüsvayçılıqdır”-Tramp bildirib.

Prezident əlavə edib ki, dövlət katibi Tillerson və vitse-prezident Pens “NBC News” telekanalının “uydurmasını” tam təkzib etməlidir. “Onlar isə Amerikadan üzr istəməlidir”-Ağ Ev rəhbəri vurğulayıb.

Qeyd edək ki, indiydədək Trampın komandasından bir sıra yüksək vəzifəli istefaya gedib. Onun milli təhlükəsizlik müşaviri Maykl Flinn isə həmin vəzifədə cəmi 3 həftə işləməklə rekord vurub.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …