Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Dövlət Departamenti: 50-dən çox xarici şirkət İran bazarını tərk edir

Dövlət Departamenti: 50-dən çox xarici şirkət İran bazarını tərk edir

ABŞ-ın tələbi ilə 50-dən çox xarici şirkət İran bazarını tərk etmək niyyətindədir.

RİA Novosti-nin xəbərinə görə, bunu Dövlət Departamentinin siyasi planlaşma bölməsinin direktoru Brayan Huk deyib.

Dövlət Departamentində keçirilən brifinqdə Huk deyib ki, sözügedən şirkətlərin əksəriyyəti energetika və maliyyə sektorunda fəaliyyət göstərir.

Qeyd edək ki, Donald Trampın ABŞ-ın İranla nüvə sazişini tərk etməsi barədə bəyanatından sonra Vaşinqton İrana qarşı sanksiyaları yenidən tətbiq etmək niyyətindədir. Bu sanksiyalar Tehranla iqtisadi sahədə əməkdaşlıq edən şirkətləri də əhatə edəcək.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …