Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Dünya / Dövlət Duması Dmitri Medvedevin namizədliyini təsdiqlədi

Dövlət Duması Dmitri Medvedevin namizədliyini təsdiqlədi

Dmitri Medvedev yenidən Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib.

RİA Novosti bildirir ki, bu gün Dövlət Dumasının plenar iclasında hökumət başçısı vəzifəsinə Dmitri Medvedevin təyin olunması məsələsinə baxılıb, onun namizədliyi səsə qoyulub.

D. Medvedevin lehinə 374 nəfər deputat səs verib, 56 nəfər isə əleyhinə olub. Beləliklə, baş nazir vəzifəsinə D. Medvedevin namizədliyi təsdiqlənib.

Plenar iclasda prezident Vladimir Putin də iştirak edib və bildirib ki, D.Medvedev “hökumətə mürəkkəb illərdə başçılıq edib”.

**

17:22

Rusiya Kommunist Partiyası və “Ədalətli Rusiya” Partiyası Dmitri Medvedevin baş nazir vəzifəsinə namizədliyini dəstəkləməyiblər.

Prezident Vladimir Putin tərəfindən baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Dmitri Medvedev bu gün Dövlət Dumasında fraksiya rəhbərləri ilə görüş keçirib. Görüşdən sonra Kommunist Partiyasının lideri Gennadi Zyuqanov fraksiyasının Medvedevin namizədliyini dəstəkləməyəcəyini bildirib: “Bu kursa, bu komandaya, bu baş nazirə bizim fraksiya səs verməyəcək”.

“Ədalətli Rusiya”nın lideri Sergey Mironov da Dmitri Medvedevin namizədliyinin əleyhinə olduğunu söyləyib: “Bəli, biz prezident Vladimir Putini dəstəkləyirik. Lakin onun baş nazir vəzifəsinə namizədini dəstəkləməyəcəyik. Bu gün keçiriləcək səsvermədə bizim fraksiya prezidentin irəli sürdüyü namizədin əleyhinə səs verəcək”.

Qeyd edək ki, bu gün Dövlət Dumasının plenar iclası keçiriləcək. İclasda Medvedevin baş nazir vəzifəsinə namizədliyi məsələsinə baxılacaq. Plenar iclasda prezident Vladimir Putinin iştirakı da gözlənilir.

Həmçinin oxuyun

Tacikistan həbsxanasındakı qiyamda 3 din xadiminin boynu vurulub

Xəbər verdiyimiz kimi, Tacikistanın ciddi rejimli cəzaçəkmə müəssisələrindən birində baş verən qiyam nəticəsində 29 məhbus …