Çərşənbə , İyun 26 2019
Ana səhifə / Dünya / Dövlət Departamentindən dünyaya xoş xəbər

Dövlət Departamentindən dünyaya xoş xəbər

Ötən il dünyada müxtəlif terror hücumlarının sayı 23 faiz azalıb.

Bu barədə məlumat ABŞ Dövlət Departamentinin hazırladığı dünyada terrorçuluqla mübarizə problemlərinə dair növbəti illik hesabatda qeyd olunub. Araşdırma 2017-ci ili əhatə edir.

“2017-ci ildə dünyada terror hücumlarının ümumi sayı 23 faiz, terror aktları nəticəsində ölənlərin ümumi sayı isə 27 faiz azalıb (2016-cı il ilə müqayisədə)”, — deyə sənəddə bildirilir.

Hesabat müəllifləri etiraf edirlər ki, bu müsbət tendensiya əsasən yalnız bir amil – İraqda terror aktı qurbanları sayının kəskin azalması sayəsində qeydə alınıb.

Sənəddə bildirilir ki, ötən il terror aktları ümumilikdə 100 dövlətin ərazisində törədilib və onların 93 faizi beş ölkənin – Əfqanıstan, Hindistan, İraq, Pakistan və Filippinin payına düşüb. Bundan əlavə, terror aktları nəticəsində bütün ölüm hallarının 70 faizi də beş ölkədə – Əfqanıstan, İraq, Nigeriya, Suriya və Somalidə qeydə alınıb.

Həmçinin oxuyun

Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi

ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində Almaniya şirkətləri ümumilikdə 1,1 milyard avro itirib. Trend-in məlumatına …