Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Dünya / Dövlət Departamenti: 50-dən çox xarici şirkət İran bazarını tərk edir

Dövlət Departamenti: 50-dən çox xarici şirkət İran bazarını tərk edir

ABŞ-ın tələbi ilə 50-dən çox xarici şirkət İran bazarını tərk etmək niyyətindədir.

RİA Novosti-nin xəbərinə görə, bunu Dövlət Departamentinin siyasi planlaşma bölməsinin direktoru Brayan Huk deyib.

Dövlət Departamentində keçirilən brifinqdə Huk deyib ki, sözügedən şirkətlərin əksəriyyəti energetika və maliyyə sektorunda fəaliyyət göstərir.

Qeyd edək ki, Donald Trampın ABŞ-ın İranla nüvə sazişini tərk etməsi barədə bəyanatından sonra Vaşinqton İrana qarşı sanksiyaları yenidən tətbiq etmək niyyətindədir. Bu sanksiyalar Tehranla iqtisadi sahədə əməkdaşlıq edən şirkətləri də əhatə edəcək.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Paşinyan Sarkisyandan qətiyyən fərqlənmir” – XİN-dən bəyanat

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın mətbuat …