Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Dörd nəfərdən biri elektrik avtomobili sürəcək

Dörd nəfərdən biri elektrik avtomobili sürəcək

Türkiyənin İqtisadiyyat Bankı (TEB Cetelem) tərəfindən aparılan araşdırmaya görə, 2030-cu ilə qədər dünyada satılacaq avtomobillərin 100-də 25-i elektriklə işləyəcək.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 16 ölkədə yaşı 18-65 arasında olan 10 min adam arasında sorğu keçiriblər. Sorğuda iştirak edənlər elektrik avtomobillərinin baha olması və enerjini gec toplamasından şikayət ediblər. Amma bu sahədə davamlı inkişafın olduğunu bildirən mütəxəssislər, batareyaların enerji tutumunun artacağını və enerji doldurma məntəqələrinin sayının çoxalacağını bildiriblər.

Nəticədə isə ən yaxın gələcəkdə yollarımızda adət etdiyimiz yanacaqla işləyən avtomobilləri elektrik enerjisi ilə işləyən maşınlar əvəz edəcək.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …