Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Doqquz yaşlı uşaq bakalavr olacaq – VİDEO

Doqquz yaşlı uşaq bakalavr olacaq – VİDEO

Belçikadan olan 9 yaşlı vunderkind tezliklə elektrotexnika üzrə bakalavr olacaq.

Bu barədə CNN xəbər verir.

Loran Simonsun qayğısına qalan nənəsi ilə babası valideynlərə uşağın qeyri-adi sürətlə oxuduğunu deyəndə inanmayıblar. Ancaq uşaq məktəbə gedəndə anlayıblar ki, səhv eşitməyiblər. Müəllimlər uşağın biliklərinin səviyyəsini təyin etmək üçün ona müxtəlif siniflərin testlərini veriblər. Loran onların öhdəsindən asanlıqla gəlib.

Hazırda vunderkind Eyndhoven Texnoloji Universitetində elektrotexnika öyrənir. Müəllimləri Simonsu “sadəcə möcüzə” adlandırırlar – uşaq dekabr ayında bakalavr dərəcəsi alacaq. Ali məktəbin rəhbərliyi oğlanın istedadını dəyərləndirdiyindən təhsilini tez bitirməsi üçün xüsusi cədvəl tutub.

Loran daha sonra elektrotexnika üzrə doktor dərəcəsi alıb, “bir az da tibb öyrənmək” istəyir. Bütün dünyanın öncül universitetləri onu doktor dərəcəsi almaq üçün oxumağa dəvət edir. Seçim etməzdən öncə Loran Yaponiyaya tətilə gedəcək.

Simonsun qeyri-adi istedadına rəğmən, valideynləri çalışırlar ki, uşaq vaxtında dincəlsin və həyatdan zövq ala bilsin. Loran başqa uşaqlar kimi telefonda oyun oynamağı və iti ilə vaxt keçirməyi sevir.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …