Cümə , Oktyabr 23 2020
Ana səhifə / Dünya / Donald Tramp: “ABŞ İranla sülhə hazırdır”

Donald Tramp: “ABŞ İranla sülhə hazırdır”

ABŞ İranla barışmağa hazırdır və ümid edir ki, Tehran dünyanın bütün digər ölkələri ilə ahəngdar münasibətlər quracaq.

Virtualaz.org bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

“İran xalqına və hökumətinə müraciət edirəm. Biz istəyirik ki, sizin layiq olduğunuz böyük gələcəyiniz olsun. Birləşmiş Ştatlar sülh istəyən bütün ölkələrlə sülhə hazırdır”, – o qeyd edib.

D.Tramp deyib ki, ABŞ həmçinin NATO-nun bundan sonra Yaxın Şərqdə daha çox aktiv olmasını istəyir: “Bu gün mən NATO-dan Yaxın Şərq prosesində daha dərin iştirakın təmin edilməsini xahiş edəcəyəm”.

*   *   *21:00

ABŞ İran rejiminə qarşı yeni sərt iqtisadi sanksiyalar tətbiq edəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra keçirdiyi canlı yayımda bəyan edib.

Onun sözlərinə görə, aviazərbələr nəticəsində ölənlər arasında ABŞ vətəndaşları yoxdur və bazalara minimal zərər dəyib: “Bunu sizə əminliklə deyə bilərəm ki, Amerika vətəndaşları son dərəcədə xoşbəxt ola bilərlər. Ötən gün İranın raket hücumları nəticəsində heç bir amerikalı zərər görməyib. Eyni zamanda heç bir iraqlı da xəsarət almayıb. Biz hər şeyə hazırıq”, – o qeyd edib.

Donald Tramp onu da vurğulayıb ki, prezident olduğu dövrdə İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək.

Həmçinin oxuyun

“Qarabağ məsələsi Azərbaycan sərhədləri çərçivəsində həll edilməlidir” – ABŞ-ın NATO-dakı səfiri

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu …