Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Dünya / “Donald Tramp əmindir ki, Senat ona tamamilə bəraət qazandıracaq” – Ağ Ev

“Donald Tramp əmindir ki, Senat ona tamamilə bəraət qazandıracaq” – Ağ Ev

“ABŞ Prezidenti Donald Tramp əmindir ki, impiçment proseduru çərçivəsində Senat ona tamamilə bəraət qazandıracaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin bəyanatında deyilir.

“Bu gün bizim ölkəmizin tarixində ən biabırçı siyasi epizodlardan birinin kulminasiyası qeydə alınıb. Prezidentin bir şeyi yanlış etməsi ilə bağlı respublikaçıların heç bir səsini almadan və onun heç bir sübutu olmadan demokratlar impiçment çərçivəsində qanunsuz maddələr irəli sürdülər. Prezidentin yanlış heçnə etməsinə baxmayaraq, demokratlar birpartiyalı proseduru seçdilər. Dinləmələr təsdiq etdi ki, o, yanlış heç nə etməyib“, – bəyanatın mətnində qeyd edilir.

Ağ Evin bəyanatında vurğulanıb ki, D.Trampa qarşı sonsuz qərəz onları (demokratları) 2016-cı ilin prezident seçkilərinin nəticələrini ləğv etmək və 2020-ci ilin gələcək səsverməsinə zərər vermək arzusunu gücləndirir.

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti üzrə iki – “Səlahiyyətlərin aşılması” və “Konqresə mane olma” maddələrinə səs verib.

Həmçinin oxuyun

Madagizdə ayaqlarını itirən erməni əsgər çörək almağa pul tapmır

Qarabağ döyüşlərində məğlub olan Ermənistan ordusunun hərbçiləri səfalət içində yaşayırlar. Sentyabrın 27-də döyüşə gedən 30 …